İsrail bankı BMT-nin hesabını blokladıbackend

İsrail bankı BMT-nin hesabını blokladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail bankı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinin hesabını bloklayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinin manşetində paylaşım edilib.

Bank agentliyin Qəzzada terror qruplarına pul köçürmələrinə dair şübhələrin olduğunu iddia edib. Netanyahu agentliyin başqa qurumla əvəzlənməsinin vaxtının çatdığını deyib.

Bəzi qərb ölkələri agentliyin fəaliyyəti ilə bağlı iddiaların artdığı vaxtda maliyyə yardımını müvəqqəti dayandırıb. Norveç, İrlandiya və İspaniya rəsmiləri isə dəstəyi davam etdirəcəklərini açıqlayıblar.