Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin açıqlama verib.
“Təbii ki, buna Ermənistanın tezliklə təşkilat daxilində normal və tam hüquqlu işinə qayıtması kömək edəcək. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar”, – deyə Pankin qeyd edib.
Diplomat qeyd edib ki, hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıdır.