Qətl törədilən məktəbin şagirdi intihar etdibackend

Qətl törədilən məktəbin şagirdi intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bugün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, ötən ay həmin məktəbin şagirdi məktəbli yoldaşını qətlə yetirib.