Pentaqon rəhbəri Brüsselə səfərini ləğv edibbackend

Pentaqon rəhbəri Brüsselə səfərini ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna üzrə təmas qrupunun iclasında iştirak etmək üçün Brüsselə səfərini ləğv edib. 

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Nazir bu həftə Brüsselə səfər etməyəcək”, – ABŞ hərbi departamentindən bildirilib.

ABŞ-ın rəhbərlik etdiyi təmas qrupunun görüşü fevralın 14-nə planlaşdırılıb. Bu, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində baş tutmalıdır.

Ostin sidik kisəsi ilə bağlı problemlərə görə Walter Reed Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Bundan əvvəl məlum olub ki, nazir xəstəxanada olarkən onun səlahiyyətlərini Pentaqonun rəhbərinin müavini Ketlin Hiqqs öz üzərinə götürüb.