İsveçdən yeni qərar – Tələblər sərtləşdirilirbackend

İsveçdən yeni qərar – Tələblər sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə əmək miqrasiyasına qarşı tələblər sərtləşdirilə bilər.

NOCOMMENT.az xəbər verir ki, əmək miqrasiyası sahəsindəki tədqiqatların nəticələri bu ölkənin miqrasiya naziri Mariya Malmer Stenerqarda təqdim olunub. Miqrasiya nazirinin fikrincə, əmək miqrasiyası qaydaları bir neçə səbəbdən – qismən əməyin istismarı ilə mübarizənin aparılması, eləcə də hazırda əmək miqrantları tərəfindən tutulmuş bir çox iş yerinin artıq İsveçdə yaşayan işsizlərə verilməsi üçün sərtləşdirilməlidir.

“Mən nəzərə almalıyam ki, İsveçdə 400 min işsiz var, eyni zamanda, bir çox insan burada işləmək üçün üçüncü ölkələrdən gəlir”, – deyə Mariya Malmer Stenerqard bildirib.

O vurğulayıb ki, bəzi təkliflər İsveçə daha yüksəkixtisaslı işçilərin cəlb edilməsinə yönəldilib.