Afrika Milli Konqresinin və Cənubi Afrikanın hakim partiyasının baş katibi Fikile Mbalula söz verib ki, nəyin bahasına olursa olsun ölkəsi Rusiya ilə dostluğuna sadiq qalacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz Cənubi Afrika, dostumuz kimi Rusiyanın yanındayıq və buna görə heç bir üzr istəmirik… Sizi heç vaxt tərk etməyəcəyik”, -deyə Mbalula bildirib.
O, Cənubi Afrikanın Rusiya ilə dostluğunu qorumaq üçün digər dövlətlərlə münasibətləri qurban verməyə hazır olduğunu vurğulayıb.