Belçikanın “Brussels Airlines” aviaşirkəti martın 24-dən İsrailə uçuşları bərpa edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Şirkət bu qərarı bütün aidiyyatı departamentlərlə məsələni diqqətlə nəzərdən keçirdikdən sonra qəbul edib”, – deyə məlumatda qeyd edilir.
Agentlik qeyd edir ki, “Brussels Airlines” Brüssel-Təl-Əviv marşrutu üzrə həftədə üç dəfə uçuş həyata keçirəcək.