Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.
NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.
O bildirib ki, buna səbəb sözügedən təşkilatla bağlanmış sazişin Ermənistana nəticə verməməsi olub.