Qəzzada mədəni irsə ciddi ziyan dəyib.
NOCOMMENT.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, UNESCO peyk görüntüləri əsasında bölgədə qiymətləndirmə işləri aparıb.
Hesabata görə, qoruma altında olan azı 22 tarixi obyektin zədələndiyi təsdiqlənib. Artan hücumlar səbəbindən əraziyə daxil olmaqda məhdudiyyətlər yaranıb, buna görə də abidələrin son vəziyyətinə dair konkret məlumat yoxdur.
Qurum tərəfləri silahlı münaqişə zamanı Haaqa Konvensiyasına əməl etməyə çağırıb.