Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Fransanın müdafiə naziri Sebastyan Lekornyunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Paşinyan və Lekornyu müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr ediblər.
“Fransa İrəvanın təhlükəsizlik sahəsində əlaqələri şaxələndirmək qərarına ilk cavab verənlərdən biri olub”, – deyə Paşinyan görüş zamanı qeyd edib.
Tərəflər Ermənistan Silahlı Qüvvələrində, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər sahələrdə islahatlar çərçivəsində Ermənistan-Fransa əməkdaşlığının vacibliyini vurğulayıblar.