Kibertəhlükəsizlik üzrə mütəxəssislər İran hökumətinə bağlı hakerlərin bu il ABŞ-da keçiriləcək prezident seçkilərinə mümkün hücumları ilə bağlı xəbərdarlıq ediblər.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, məşhur kibertəhlükəsizliz şirkəti “Crowd Strike” İranın ABŞ-nin siyasi məsələlərinə müdaxilə etməkdə maraqlı olan bir hökumət kimi kiberhücumlar keçirməyi planlaşdırdığını bildirib.
Qeyd olunub ki, iranlı hakerlərin hədəfində seçki kampaniyaları ilə bağlı yalan məlumatlar yaymaq var.