Kursk vilayətində raket xəbərdarlığı siqnalı işə düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qubernator Roman Starovoyt öz Telegram kanalında məlumat verib.
“Raket təhlükəsi! Kursk vilayətində ictimai xəbərdarlıq sistemi işə salınıb”, – deyə rayon rəhbəri qeyd edib.
Rayon rəhbəri evdə olanları pəncərələrdən uzaqlaşıb möhkəm divarlı otağa sığınmağa çağırıb. O, küçədə olanlara sığınacaq və ya başqa təhlükəsiz yerə getməyi tövsiyə edib.