Ermənistanda aktivlərə malik olan Rusiya şirkəti “Geopromining MMC” ABŞ-ın sanksiyalarına məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, Vaşinqtonun təqdim etdiyi yeni anti-Rusiya sanksiyalar paketi daxilində elan olunan siyahıda bu şirkətin də yer aldığı bildirilir.
ABŞ siyahıdakı şirkət və şəxslərlə əlaqələrini dondurub. Məlumata görə, sözügedən şirkətin Ermənistandakı aktivlərinə Zəngəzur Mis Molibden Kombinatı, Zodda yerləşən qızıl mədəninin istismarı da daxildir.
Qeyd edək ki, “Geopromining” şirkətinin işğal dövründə Kəlbəcərdəki qızıl yataqlarını qanunsuz şəkildə istismar etdiyinə dair məlumatlar var. Hətta Vətən müharibəsi ərəfəsində şirkətin Kəlbəcərin azad olunması və qızıl yataqlarına nəzarəti itirməkdən qorxduğu üçün əraziyə çox sayda silah və muzdlu topladığı iddia edilir.