Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma yarada bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ Konqresində keçirilən dinləmələrdə bildirib.
“Açığı, Ukrayna uduzsa, mən əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək”, – ABŞ müdafiə naziri deyib.