Çin Qəzzada atəşkəs çağırışı etdibackend

Çin Qəzzada atəşkəs çağırışı etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail-Fələstin məsələsinin müzakirə edildiyi BMT İnsan Hüquqları Şurasının 55-ci Sessiyasında Çinin BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Çın Şu ölkəsi adından çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, o çıxışında Qəzzada misli görünməmiş bir humanitar böhran olduğunu ifadə edərək, “təcili atəşkəs beynəlxalq ictimaiyyətin sülhün əldə olunması üçün əsas tələbidir” deyib.

İsraili münaqişənin qarşısının alınması üçün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirləri və göstərişlərini yerinə yetirməyə çağıran Çın Şu, Qəzzada humanitar yardım təşkilatlarının fəaliyyətinə icazə verilməli olduğunu da vurğulayıb.

İki dövlətli həllin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini və Fələstin və İsrailin birlikdə sülh içində yaşaması üçün ən real yol olduğunu vurğulayan Çın, bütün ölkələri bu istiqamətdə səy göstərməyə çağırıb.