Prezident İlham Əliyev Əsgər Adil oğlu Rəsulovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
NOCOMMENT.az president.az-a istinadən xəbər verir ki, Ə.Rəsulov Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin müvafiq sərəncamı ilə təltif olunub.