Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası – Mövzu nədir?backend

Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası – Mövzu nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, tədbirdə prioritet mövzu Türkiyə iqtisadiyyatıdır. Bundan əlavə, F-16 təyyarələrinin ABŞ-dən satınalma prosesi də müzakirə olunacaq mövzular arasındadır.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.