NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, Almaniyada “CGİ AG” şirkətinin aparıcı məsləhətçisi, karyera kouçu Türkan Əkbərova yazır…
Axırıncı iş yerinizdən niyə ayrıldınız? Və ya hazırki iş yerinidən niyə ayrılmaq istəyirsiniz?
Note: səbəb neqativ olsa da, biz bir az “bəzəyib” deyəcəyik.
Cavablar:
– ❌ İş yoldaşlarım “toxic” idi.
– ✅ Özümü sizin iş mühitinə daha uyğun görürəm.
– ❌ İşim sıxıcı idi
– ✅ Gündəlik vəzifəm artıq rutin hal almışdı və uzun bir müddət idi ki, yeni bir şeylər öyrənə bilmirdim.
– ❌ İşimə nifrət edirəm.
– ✅ Bu iş kimi öz təbiətimə daha uyğun iş axtarıram.
– ❌ Müdirim toxic idi
– ✅ Özümü eyni dəyərləri bölüşdüyüm və uzun müddət işləyə biləcəyim bir şirkətdə təsəvvür edirəm.
– ❌ İxtisara düşmüşdüm
– ✅ İxtisara düşmüşdüm (deyin, narahat olmayın 🙂 )
– ❌(Köhnə iş yerinizi pisləyən səbəblər)
– ✅ Hazırda tək sizin şirkətə müraciət etmişəm, məqsədim məhz sizin şirkətdəki, bu pozisiyadır.