Ukraynanın Odessa vilayətində partlayışlar baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” agentliyi məlumat yayıb.
Əhalinin xəbərdar edilməsi üzrə rəsmi mənbənin məlumatına görə, hazırda Odessa vilayətində hava hücumu xəbərdarlığı qüvvədədir.
Bundan əvvəl Ukrayna hakimiyyətinin nəzarətində olan Xersonda partlayışlar baş verib.
Martın 9-da Dnepropetrovsk, Xarkov, Nikolayev və Kirovoqrad vilayətlərində həyəcan təbili çalıb. Bundan əvvəl bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilmişdi.