Kopenhagen qadınların hərbi xidmətə çağırışına başlayıb.
NOCOMMENT.az “Politico”ya istinadən xəbər verir ki, bununla da Danimarka Avropada qadınları hərbiyə cəlb edən 3-cü ölkə olub.
2015-ci ildə Norveç, 2017-ci ildə İsveç bu istiqamətdə qərar qəbul edib. Orduda əsaslı yenilənmələr çərçivəsində həm kişi, həm də qadınlar üçün xidmət müddətinin 4-dən 11 ayadək uzadılacağı bildirilib.
Müdafiə naziri, həmçinin 2028-ci ilədək 6 min əsgərdən ibarət piyada briqadasına sərmayə qoyulacağını deyib.