“Beşiktaş”ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan millisinin baş məşqçisi ola bilər.
NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib.
“Azərbaycan milli komandasından rəsmi təklif almamışam. Amma baş məşqçi vəzifəsi üçün adımın keçdiyini eşidirəm. Onların 1-2 gün ərzində mənə zəng edəcəklərini düşünürəm. Təklif gəlsə, Azərbaycan millisində çalışmağa müsbət cavab verərəm”, deyə Rza Çalımbay bildirib.
Qeyd edək ki, Rza Çalımbay məşqçi karyerası ərzində iki dəfə – 2005 və 2023-cü illərdə “Beşiktaş”ı çalışdırıb. 61 yaşlı mütəxəssis həmçinin “Trabzonspor”, “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Ankaraspor”, “Eskişəhərspor”, “Sivasspor”, “Mersin İdman Yurdu”, “Kasımpaşa”, “Antalyaspor” və “Konyaspor”a başçılıq edib.