Arxeoloqlar qədim Qafqazda yunan miflərindəki Amazon döyüşçülərinin yaşadığını aşkar ediblərbackend

Arxeoloqlar qədim Qafqazda yunan miflərindəki Amazon döyüşçülərinin yaşadığını aşkar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunan miflərindəki qadın döyüşçülər tayfası olan Amazonlar, ola bilsin, reallıqda mövcud olublar və onların ehtimal edilən prototipləri təxminən 4000 il əvvəl Qafqazda və Orta Asiyada yaşayan köçəri qadınlar olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Guardian”a britaniyalı tarixçi və yazıçı Betani Hyuz məlumat verib.

Alimin sözlərinə görə, 2019-cu ildə Rusiyada ox ucları və nizə ucları ilə birlikdə basdırılmış 4 qadın döyüşçünün qalıqları aşkar edilib.

Hyuz qeyd edib ki, bu qadınların hamısının barmaq sümüklərində xarakterik əyriliklər var ki, bu da onların həyatları boyu yay və oxlardan istifadə etdiklərini göstərir. Bundan əlavə, skeletlərin çoxunda yəhərdə uzun müddət istifadə edildiyini göstərən dəyişikliklər də mövcüd olub.

Ekspedisiyaların birində bir qrup arxeoloq Azərbaycanın 2200 metr yüksəklikdə yerləşən və Avropanın ən hündür yaşayış məntəqəsi sayılan Xınalıq dağ kəndində olub. Bu kənd tunc dövründən bəri mövcuddur.

Xınalıq sakinləri tədqiqatçılara xalq rəvayətlərini bölüşürək bildirib ki, yerli qadınlar düşmənin onların cinsiyyətlərini müəyyən edə bilməməsi üçün üzlərini örtüb döyüşürmüşlər.