Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
***
18.10
Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.
Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.
Meyit ərazidən götürülərək təhvil verilib.