Futbol üzrə 2024-cü il Avropa çempionatının final hissəsinin qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, martın 26-da həlledici pley-off oyunları keçirilib və nəticədə Gürcüstan, Ukrayna və Polşa komandaları Avroya vəsiqə qazanıb.
Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.
Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:
A qrupu – Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə.
B qrupu – İspaniya, Xorvatiya, İtaliya, Albaniya.
C qrupu – Sloveniya, Danimarka, Serbiya, İngiltərə.
D qrupu – Niderland, Avstriya, Fransa, Polşa.
E qrupu – Belçika, Slovakiya, Rumıniya, Ukrayna.
F qrupu – Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.