NOCOMMENT.az xəbər verir ki, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev işdən azad edilib. Onun yerinə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub.
- S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub.
- 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb.
- 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr,
- 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb.
- 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
- 2012-ci ildə 2018-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyib.
- 2018-ci ildən indiyədək KTN-nin Aparat rəhbəri vəzifəsində idi.
Rus və ingilis dillərini bilir.
modern.az