Sumqayıtda kişi meyiti tapılıb. Hadisə Corat bağları ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Teymur Məmmədovun meyiti yarımtikilidə aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Tüfeyli həyat tərzi keçirən Teymur Məmmədov uzun müddət bu yarımtikilidə yaşayıb. Meyiti isə öncə məhəllədə yaşayan azyaşlılar görüblər. Daha sonra qonşular polisə məlumat veriblər.
İlkin baxış zamanı məlum olub ki, Teymur Məmmədov bir müddət öncə dünyasını dəyişib. Mərhum həm də içki aludəçisi olub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: