Avropa nüvə müharibəsinə hazırlaşır? – F-16 döyüş təyyarələri…backend

Avropa nüvə müharibəsinə hazırlaşır? – F-16 döyüş təyyarələri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şərqi Avropadakı hava bazaları taktiki nüvə silahı daşıya bilən F-16 döyüş təyyarələrini qəbul etməyə hazırlaşır”.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk belə deyib.

Diplomatın sözlərinə görə, Almaniyanın uzaqmənzilli “Taurus” qanadlı raketlərinin tədarükü perspektivləri müzakirə edilir.

Xatırladaq ki, Qərbin Kiyevə hərbi yardımının həcmi artıq 230 milyard dolları ötüb. Bundan əvvəl Yunanıstanın Ukraynaya 32 F-16 qırıcısı təhvil vermək niyyətində olduğu bildirilirdi. Niderland hakimiyyəti də həmçinin 2024-cü ilin ikinci yarısında Kiyevə F-16-lar tədarük edəcəklərini açıqlayıb.