Çin Xarici İşlər Nazirliyi yapon diplomatı çağıraraq, Tokionun Pekinə qarşı mənfi fikirlər səsləndirməsindən Çin tərəfinin ciddi narahatlığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, bu şərhlər ABŞ, Yaponiya və Filippin arasında keçirilən üçtərəfli görüş zamanı səsləndirilib.
Çin Xarici İşlər Nazirliyinin Asiya ölkələri üzrə departamentinin rəhbəri Lyu Çzinsun Pekində adı açıqlanmayan yapon diplomatı ilə görüşərək, Tokionun şərhləri ilə bağlı rəsmi açıqlama verib.