Almaniya vətəndaşlarına səsləndi – Dərhal İranı tərk edinbackend

Almaniya vətəndaşlarına səsləndi – Dərhal İranı tərk edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı.

NOCOMMENT.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi dünən bəyanat yayaraq, öz vətəndaşlarına İranı tərk etmələri haqda xəbərdarlıq edib.

Məlumata görə, buna səbəb İran və İsrail arasında gərginliyin qəfil artması riskidir. Bununla yanaşı, İranda olan Almaniya vətəndaşları özbaşına həbs olunma riski ilə üzləşə bilərlər.

“İndiki gərginlikdə, xüsusən də İsrail və İran arasında gərginliyin qəfil artması riski var. Belə bir vəziyyətin hava, quru və dəniz nəqliyyatı marşrutlarına təsir göstərə biləcəyini gözardı etmək olmaz”, – deyə, Almaniya XİN bəyanatda qeyd edib.