Fransa prezidenti Emmanuel Makron İsrailin Suriya konsulluğuna hücumuna cavab olaraq İranın endirdiyi zərbənin qeyri-mütənasib olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RMC radiostansiyası sitat gətirib.
“İranın İsrailin hücumlarına cavabı qeyri-mütənasib idi, çünki İran İsrailə öz ərazisində hücum edib”, – deyə Makron bildirib.
Makron həmçinin vurğulayıb ki, yəhudi dövlətinin özünü müdafiə etmək hüququ var, lakin münaqişə tərəflərini “eskalasiyanın qarşısını almaq üçün özlərini məhdudlaşdırmağa” çağırmaq lazımdır.