“Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir”.
NOCOMMENT.az modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada səfərdədir.