Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professoru Elxan Allahverdiyev Ali Attestasiya Komissiyasının məhkəməyə verib.
NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, professorun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq.
İş hakim Rəna Qafarovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə məlumat yoxdur.
2021-ci ildən ADAU-nun professoru olan Elxan Allahverdiyev “Aqronomluq” fakultəsində dərs deyir.