Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
NOCOMMENT.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iş üzrə toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fuad Muradova qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddələri ilə yekun ittiham verilib.
İttihamda qeyd edilib ki, Muradov 7 nəfər kişini intim video, şəkillər və digər vasitələrlə şantaj edib. Həmin kişilər iş üzrə zərərçəkmiş qismində tanınıb.
Müttəhimin işini Elmin Rüstəmovun sədrlik etdiyi məhkəmə heyəti araşdıracaq.