Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq.
NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
“Almatıda belə danışıqları planlaşdırırıq. İndi Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Qeyd etmək istərdim ki, Astananın vasitəçiliyindən danışmırıq, biz yalnız xoşməramlı xidmətlər, “good offices” (yaxşı ofis) təqdim edirik”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının Astanada görüşü gözlənilir.