Naxçıvan Muxtar Respublikası (MR) Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Səfər Əhmədov işdən çıxaırlması ilə bağlı məhkəməyə müraciət edib.
NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsi onun iddiasını təmin etməyib. Səfər Əhmədov apellyasiya şikayəti verib. Keçmiş müavinin şikayətinə Naxçıvan MR Ali Məhkəməsində baxılacaq. Yusifəli Qurbanov iş üzrə hakim təyin edilib.
Məlumat üçün deyək ki, Naxçıvan MR Ali Məhkəməsi apellyasiya instansiyası kimi fəlaiyyət göstərir.
Bəzi məlumatlara görə, Səfər Əhmədovun iddia tələbi işə bərpa olunması ilə bağlıdır.
Səfər Əhmədov ötən ilin avqustunda işdən çıxarılıb. O, icra başçısının müavini olmaqla yanaşı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini daşıyıb.
Xatırladaq ki, bundan əvvəl Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov qurumu məhkəməyə verib.