Rusiyada fəaliyyətini davam etdirən ən böyük Avropa bankları 2023-cü ildə ölkə büdcəsinə 800 milyon avrodan çox vergi ödəyiblər ki, bu da Rusiya-Ukrayna münaqişəsi başlamazdan əvvəl dörd dəfə çoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Nəşr qeyd edir ki, Avropanın Raiffeisen Bank International, Unicredit, ING, Commerzbank, Deutsche Bank, Intesa Sanpaolo və OTP bankları 2023-cü il üçün mənfəətlərinin 3 milyard avrodan çox olduğunu bildiriblər ki, bu da 2021-ci illə müqayisədə üç dəfə çoxdur.
Eyni zamanda, 2023-cü ildə vergi ödənişlərinin yarıdan çoxu Avstriyanın Raiffeisen Bank International-a gedəcək. Bu bankın Rusiyadakı vakansiyalarını təhlil edən nəşr, “aktiv müştəri bazasını çoxşaxəli genişləndirmək” üçün “iddialı planlara” sahib olduğu qənaətinə gəlib.