ABŞ-nin Nyu-York şəhərində iki sinaqoq partlayış təhlükəsi səbəbindən təxliyə edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti şəhər polisinə istinadən məlumat verib.
Mənbənin məlumatına görə, hüquq-mühafizə orqanlarına bomba təhlükəsi barədə məlumat şənbə günü yerli vaxtla 15:15 və 16:30 radələrində (Moskva vaxtı ilə 22:15 və 23:30) daxil olub.
Nəticədə, polis əməkdaşları sinaqoqlarla bağlı təhdidlərlə konkret kimin zəng etdiyini müəyyən etmək üçün hadisə ilə bağlı araşdırmaya başlayıblar.