İran Prezidenti İbrahim Rəisi İraqın mərkəzi hakimiyyət orqanlarını və kürd muxtariyyətinin rəhbərliyini İsrailə Tehrana qarşı əməliyyatlar keçirməyə imkan verməməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, Rəisi bu barədə Tehranda İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani ilə danışıqlar zamanı bildirib.
Qeyd edib ki, İraqın mərkəzi hökuməti və İraq Kürdüstanı hökuməti İsrail və antiinqilabçı ünsürlərin bu regionun ərazisindən Tehrana qarşı fəaliyyətlər üçün istifadə etməsinə icazə verməyəcək.