Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılıq əsasında yerləşdikləri Ermənistan ərazisindəki dislokasiya məntəqələrini tərk etməyə başlayırlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın “Baqramyan 26” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bunlar Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələrdir.
Bu razılığa Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən görüşdə gəliblər. /axar.az