ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 1,5 dəfə artıbbackend

ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 1,5 dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin mart ayında Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi 1,5 dəfə artaraq 471 milyon dollara çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edilir ki, Rusiya uranının ABŞ-a idxalı səbəbindən ölkələr arasında ticarət artıb.

Bundan əvvəl ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, Birləşmiş Ştatların Rusiya Federasiyasından uran idxalına qadağası avqustun 12-dən başlayır və 2028-ci il yanvarın 1-dək uzadılır. Departament vurğulayıb ki, ikitərəfli qanun Rusiya uranının 2028-ci il yanvarın 1-dək ABŞ-a idxalını qadağan edir.