Qarabağlı şurtvalılar Ermənistana köçdükdən sonra da repressiv Qarabağ klanının əlindən çıxmayıblar. Bu cibgirlər 20 min dramın (87 manat) artıq insanları küçəyə çıxarmaq üçün işləmədiyini görüb indi tək-tək onlara zəng edərək hədələyirlər ki, hakimiyyət dəyişikliyindən sonra yalnız mitinqlərdə iştirak edən qarabağlılara mənzillər veriləcək.
NOCOMMENT.az xəbər verir ki, bunu erməni fəal Hovsep Xurşudyan deyib.
“İddialara görə, hakimiyyət dəyişikliyindən sonra İrəvan yaxınlığında şəhər salınacaq və mitinqlərdə iştirak edən bütün Qarabağ sakinləri orada mənzillərlə təmin olunacaqlar”, – o bildirib. /ölkə.az