Livanda hərbçilər nümayişçiləri İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarından çıxararaq həmin ərazidən uzaqlaşdırıblar.
NOCOMMENT xəbər verir ki, hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda 728 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir polis əməkdaşı həlak olub. Yaralıların 70-i hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.
Eyni zamanda polis nümayişlərdə iştirak edən 19 nəfəri saxlayıb.
Qeyd olunub ki, hazırda ölkənin paytaxtı Beyrutda başlayan iğtişaşların qarşısı alınıb və şəhərdə toqquşma müşahidə edilmir.