İran hökumətinin TƏCİLİ İCLASI – Prezident vəzifəsini o icra edəcəkbackend

İran hökumətinin TƏCİLİ İCLASIPrezident vəzifəsini o icra edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hökuməti təcili fövqəladə iclas keçirib.

NOCOMMENT.az xəbər verir ki, İran Nazirlər Kabinetinin fövqəladə iclasına vitse-prezident Məhəmməd Moxber sədrlik edib.

İran hökuməti Prezident İbrahim Rəisinin ölümünün Nazirlər Kabinetinin işinə təsir etməyəcəyini bəyan edib. Prezident vəzifəsinin icrası Vitse-prezident Məhəmməd Muxbara həvalə olunub.

İran mətbuatının məlumatına görə, Muxbar növbəti iki ay ərzində bu vəzifəyə keçəcək. Ölkə konstitusiyasına uyğun olaraq 50 gün ərzində yeni prezident seçkisi keçiriləcək.