Masallı sakini həmkəndlisini ov silahı ilə qətlə yetiribbackend

Masallı sakini həmkəndlisini ov silahı ilə qətlə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Seymur Alışanovun həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

Bildirilib ki, hadisə şəxsi münaqişə zəminində baş verib.

Araşdırma aparılır.