Aparıcı Zaur Kamalın bibisi koronavirus infeksiyasından dünyasını dəyişib.
NOCOMMENT-in axsam.az-a istinadən məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Virusa yoluxan xanım müalicə alsa da, xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, xəbəri aparıcı özü də təsdiqləyib. O, “5/5” proqramında virusa əvvəllər inanmadığını söyləyib, “Gərək insanın başına gəlsin ki, inansın”, – deyə, aparıcı söyləyib.