Ermənistanda separatçıların qondarma sabiq meri ev dustaqlığına məhkum edilibbackend

Ermənistanda separatçıların qondarma sabiq meri ev dustaqlığına məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimin funksionerlərindən biri olan Ayk Şamiryan ev dustaqlığına məhkum edilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” onun vəkili Ruben Məlikyanın açıqlamasına istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, Şamiryan “Vətən naminə Tavuş” müxalifət hərəkatının mitinqlərində iştirak etdiyinə görə saxlanılıb.

Saxlanılmazdan əvvəl müstəntiqlər Ayk Şamiryanın mənzilində axtarış aparıblar. Ona qarşı irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Qarabağın işğalı illərində A.Şamiryan qondarma keçmiş separatçı rejimin rəhbərliyi tərəfindən Əsgəran qəsəbəsinin “meri” təyin edilmişdi.