“Hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2,8-3,2 dəfə çoxdur”.
NOCOMMENT.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, – deyə o qeyd edib.
Xatırladaq ki, dünən saat 22 radələrində havada tozun miqdarının normadan 3-3,5 dəfə yüksək olduğu qeydə alınıb./oxu.az