Ermənistanda daşqınlar zamanı itkin düşənlərdən daha birinin meyiti tapılıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
O, bununla da qurbanların sayının 4 nəfərə çatdığını açıqlayıb.
Qeyd edək ki, Ermənistanın şimal zonasında güclü yağışlardan dolayı baş verən daşqınlar ciddi fəsadlar törədib.