Koronavirusdan sonra bütün bəşəriyyəti narahat edəcək yeni bir virus ortaya çıxıb.
NOCOMMENT.az publika.az-a istinadla xəbər verir ki, Çində yerləşən “Hebei” Tibb Kollecinin alimləri laboratoriya mühitində “Ebola” virusu hazırlayıblar.
Testlərdə bu virusun 3 gün ərzində ölümcül təsir göstərə biləcəyi müəyyən edilib.
Virusun hamsterlər üzərində sınaqdan keçirildiyi testlərdə onun qısa müddətdə orqan çatışmazlığı kimi ciddi əlamətlərə səbəb olduğu müşahidə edilib.