Joze Mourinyo Türkiyənin “Fənərbaxça” klubunda işləməyə razılaşıb.
NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Son iddialar görə, Mourinyo İstanbul klubunun keçmiş rəhbəri Əziz Yıldırımla danışıqlar aparıb. Məşqçinin yaxın dostu, menecer Cio Bekallinin sözlərinə görə, Mourinyoya illik 15 milyon avro təklif edilib. Mourinyonun “Fənərbaxça” ilə bir illik müqavilə bağlamaq istədiyi irəli sürülüb. Razılaşma reallaşarsa, bu məbləğ Türkiyə klubları arasında məşqçiyə verilən ən böyük ödəniş ola bilər.
Qeyd edək ki, Əziz Yıldırım yenidən “Fənərbaxça” prezidentliyi postuna namizədliyini irəli sürüb. O, bildirib ki, prezident olarsa, Joze Mourinyo “Fənərbaxça”nın baş məşqçisi olacaq.